Kuşner: ABŞ Ukraynada müharibəni dayandıracaq istənilən variantı dəstəkləyəcək

ABŞ Ukraynada hərbi əməliyyatların dayandırılmasına gətirib çıxaracaq istənilən nizamlanma variantını dəstəkləməyə hazırdır.

Bunu ABŞ Prezidentinin xüsusi nümayəndəsi və kürəkəni Cared Kuşner “Axel Springer” media konserninin rəhbəri Matias Döpfnerin podkastında bildirib.

Döpfner Vaşinqtonun münaqişənin dondurulması, sonradan atəşkəs və sülhün təmin edilməsi, yoxsa Ukraynanın NATO-ya tamhüquqlu üzvlüyü müqabilində Donbasdan imtina etməsi variantına üstünlük verdiyini soruşub.

“Biz müharibəyə son qoyacaq istənilən variantı dəstəkləyirik. Vasitəçi rolunda çıxış edirik. Qarşımızda müharibənin necə başa çatdırılmasına dair fərqli mövqeləri olan iki tərəf var”, – Kuşner vurğulayıb.