“Son illərdə Çempionlar Liqasında çox yaxşı çıxış edirik. Turniri qazanmaq bizim hər il əsas məqsədimizdir. Bir çox komandanın belə hədəfi var və biz bunu bacarmağa qadirik”.
Bunu İspaniyanın “Barselona” klubunun futbolçusu Frenki de Yonq UEFA Çempionlar Liqasının Liqa mərhələsinin V turunda “Sabah”a qarşı keçiriləcək oyundan öncə təşkil olunan mətbuat konfransında deyib.
Niderlandlı yarımmüdafiəçi turnirin əsas favoritini də açıqlayıb:
“Favorit olaraq PSJ-ni görürəm. Onlar son iki mövsümü qazanıblar, indi də çempionluğa iddialıdırlar”.
De Yonq sıx oyun qrafikinə baxmayaraq, komandanın matça tam hazır olduğunu vurğulayıb:
“Ağır rejimdə oynamağa alışmışıq. Bir həftədə iki-üç oyun keçiririk, çox məşq edirik. Müəyyən mənada yorğunluq olur, amma sabahkı görüşə də hazırıq, oyun üçün enerjimiz var”.
Futbolçu kənarda qaldığı dövrdə haqqında yayılan xəbərlərə də münasibət bildirib:
“Bəzi hallarda yoxluğum insanları narahat edir. Mənim mövqeyimlə bağlı tez-tez transfer iddiaları yayılır. Buna görə də ən yaxşı formamla geri döndüm”.