"Azərbaycanla Ermənistan arasında əməkdaşlığın güclənməsi regionda sabitliyi möhkəmləndirəcək".
Bu fikirləri Gürcüstanın baş nazirinin müavini, xarici işlər naziri Maka Boçorişvili Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla Bakıda keçirilən birgə mətbuat konfransında səsləndirib.
Nazir bildirib ki, Gürcüstan Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşması prosesini yaxından izləyir:
"Gürcüstanın mövqeyi həmişə belə olub və belə də qalır: biz regionda sabitliyə və təhlükəsizliyə töhfə vermək üçün əlimizdən gələni edirik. Əlbəttə ki, ölkələr arasındakı münasibətlərdə müşahidə olunan irəliləyişi alqışlayırıq".