Türkiyənin Antalya şəhərinin Alanya rayonunda dənizdə su burulğanı əmələ gəlib.
Bu barədə Anadolu Agentliyi məlumat yayıb.
Güclü yağışlardan sonra yaranan burulğan qısa müddət ərzində dağılıb. Hadisə nəticəsində heç bir ziyan qeydə alınmayıb.
Su burulğanı rayonun müxtəlif ərazilərindən mobil telefonlarla lentə alınıb.