Avropa İttifaqı Suriyadan Donbas, Abxaziya və Cənubi Osetiyanın müstəqilliyinin tanınması ilə bağlı əvvəlki qərarlarını geri götürməyi tələb edir.
Bu barədə “Rapporteur” nəşri məlumat yayıb.
Aİ-nin xarici siyasət üzrə ali nümayəndəsi Kaya Kallas bildirib ki, Brüssel Dəməşqdən Ukrayna və Gürcüstanın ərazi bütövlüyü ilə bağlı mövqeyinə yenidən baxmasını gözləyir.
Onun sözlərinə görə, bu məsələ Suriyanın xarici işlər naziri və ölkə rəhbərliyi ilə görüşlərdə də müzakirə olunub.
Qeyd edək ki, Avropa İttifaqı 2024-cü ilin dekabrında Suriyada hakimiyyət dəyişikliyindən sonra Dəməşqlə münasibətləri bərpa etməyə çalışır.