Şəhid xanımını piyada keçidində maşın vurub öldürdü

Şəhid xanımı, Əməkdar müəllim Gülnarə Abdullayeva avtomobil qəzasında həlak olub.

Bu barədə Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqının Nəsimi Rayon Komitəsi məlumat yayıb.

65 yaşlı müəllimi piyada keçidində maşının vurduğu bildirilir.

Qeyd edək ki, mərhumun həyat yoldaşı Akif Abdullayev 1993-cü ildə Füzulinin Horadiz kəndində şəhid olub.