Cəlilabadda ağır qəza

Cəlilabad rayonunda bir neçə nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

Hadisə zamanı "VAZ-21099" və "VAZ-2107" markalı minik avtomobilləri toqquşub.

Qəza nəticəsində bir neçə nəfərin ağır xəsarət aldığı bildirilir. Yaralılar Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.

Faktla bağlı araşdırma aparılır.