Sumqayıt bulvarında dənizdə batan Nəsrəddinin meyiti tapıldı

Noyabrın 18-də Sumqayıt şəhəri, Sumqayıt Dənizkənarı Bulvarının ərazisində dənizdə batan 2006-cı il təvəllüdlü Nəsrəddin Sədrəddin oğlu Şahaliyevin meyiti tapılıb.

Bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.

Bildirilib ki, meyit Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıcları tərəfindən batdığı yerdən 600 metr aralı, nəzarətsiz ərazidə sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.