Azərbaycanda mis istehsalı 5 dəfəyə yaxın yüksəldi

Bu ilin yanvar-oktyabr aylarında Azərbaycanda mis konsentratı istehsalı 15 min 998,7 ton təşkil edib. Bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 12 min 668,6 ton və ya 4,8 dəfə çoxdur.

Dövlət Statistika Komitəsindən Yenicag.az-a bildirilib ki, noyabrın 1-i vəziyyətinə hazır məhsul ehtiyatı illik müqayisədə 679 ton və ya 3,7 dəfə artaraq 930,6 ton olub.

Qeyd edək ki, 2025-ci ilin hesabat dövründə mis konsentratı istehsalı 3330,1 ton, hazır məhsul ehtiyatı isə 251,6 ton təşkil edib.