Azərbaycan məhkəmə-hüquq sistemində bəzi işlərin gedişatı zamanı ortaya çıxan "təsadüflər" ictimaiyyətdə ciddi suallar doğurur. Qanunvericiliyə əsasən, ölkə məhkəmələrində işlər hakimlər arasında "Elektron məhkəmə" informasiya sistemi vasitəsilə tam avtomatik və təsadüfi qaydada bölüşdürülməlidir. Lakin nə hikmətdirsə, Prezident Administrasiyasının (PA) sabiq rəhbəri Ramiz Mehdiyev və onun yaxın çevrəsi ilə bağlı məhkəmə çəkişmələri dövr edib məhz bu dairəyə yaxın şəxslərin icraatına düşür. Müsavat.com-a istinadən, bunun ən bariz nümunəsi şabranlı sahibkar Mansur İbrahimovun milyonlarla manat dəyəri olan biznesinin Ramiz Mehdiyevin kürəkəni, sabiq deputat İlham Əlisəftər oğlu Əliyev tərəfindən zəbt edilməsi iddiası ilə bağlı məhkəmə prosesidir. Birinci və apellyasiya instansiyalarında təqdim olunan sənəd-sübutlar sahibkar Mansur İbrahimovun 100 faiz haqlı olduğunu təsdiqləsə də, işin Ali Məhkəmə mərhələsində yenidən hakim Kəmalə Abıyevanın icraatına verilməsi təsadüf ehtimallarını alt-üst edir. Ümumiyyətlə, Mansur İbrahimovun adı keçən işlər ardıcıl olaraq Ali Məhkəmədə məhz Kəmalə Abıyevanın icraatına yönəldilir və qəbul edilən qərarlar İlham Əlisəftər oğlu Əliyevin maraqları ilə üst-üstə düşür.Məsələnin ən diqqətçəkən və maraqlar toqquşması yaradan tərəfi isə ondan ibarətdir ki, hakim Kəmalə Abıyeva Ramiz Mehdiyevin vəkili Zaur Abıyevin həyat yoldaşıdır.Şabran rayonunun Gəndov kənd sakini olan sahibkar Mansur İbrahimov ölkənin ali rəhbərliyinə, hüquq-mühafizə və məhkəmə orqanlarına ünvanladığı şikayət məktubunda sabiq deputat İlham Əliyevin əməllərinin araşdırılmasını tələb edir.Sahibkar yazır ki, vaxtilə malik olduğu inzibati resurslardan və dövlət gücündən istifadə edən sabiq deputat onun 2 şirkətini, 100 hektardan artıq torpaq sahəsini və məhsuldar meyvə bağlarını qanunsuz yolla ələ keçirərək külli miqdarda maddi ziyan vurub. Mansur İbrahimov baş verənlərlə bağlı indiyədək müxtəlif qurumlara etdiyi müraciətlərin nəticəsiz qaldığını, əksinə, bəzi vəzifəli şəxslər tərəfindən sabiq deputata havadarlıq edildiyini qeyd edir.Şikayət ərizəsində diqqət çəkən əsas məqamlardan biri məhkəmə çəkişmələrinin illərlə uzadılmasıdır. Sahibkar bildirir ki, köhnə əlaqələrini işə salan Ramiz Mehdiyevin kürəkəni düz 6 ildir iddiası üzrə məhkəmə proseslərinin yekunlaşmasına əngəl törədir. Onun hesablamalarına görə, ötən 6 il ərzində bağlarından yığılan məhsulun satışından əldə olunan vəsait - ildə təxminən 10 milyon manat gəlir qanunsuz olaraq mənimsənilir.Mansur İbrahimov əlavə edib ki, problemlər bununla bitməyib. Ramiz Mehdiyev, onun kürəkəni dövlətin sahibkarlara ayırdığı güzəştli kreditlərdən yararlanmasının qarşısını alıb, hətta "Xalq Bank"dan taxılçılığın inkişafı üçün ona ayrılan 200 min manatlıq güzəştli kreditin geri qaytarılmasına nail olublar.Müraciətdə ən kəskin məqamlardan biri də Şabrandakı fındıq bağı ilə bağlıdır. Sahibkar yazır ki, Prezidentin fındıqçılığın inkişafı ilə bağlı çağırışına uyğun saldığı 12 hektarlıq, 6 illik fındıq bağı şəxsən Ramiz Mehdiyevin göstərişi ilə buldozerin qarşısına verilib və həmin ərazidə arpa əkilib.Mansur İbrahimov yazır ki, 6 il əvvəl "Turaz" MMC-yə qarşı "özgənin qanunsuz sahibliyindən əmlakın geri tələb edilməsi" tələbi ilə Sumqayıt Kommersiya Məhkəməsinə verdiyi iddia 04.07.2024-cü il tarixli, 2-2(119)-238/2024 saylı qətnamə ilə tam təmin olunub. Sumqayıt Apellyasiya Məhkəməsi də 02.09.2026-cı il tarixli, 2-2(105)-3/2025 saylı qətnamə ilə birinci instansiya məhkəməsinin qətnaməsini dəyişdirmədən qüvvədə saxlayıb.Hazırda isə cavabdeh tərəfin verdiyi kassasiya şikayəti üzrə 2-2 (1-8)-809/2026 saylı iş Ali Məhkəməsdə hakim Kəmalə Abıyevanın icraatındadır. Sahibkar qarşı tərəfin kassasiya şikayətini vaxt udmaq və məhkəmə qərarının icrasını ləngitmək məqsədi daşıdığını da xüsusi olaraq vurğulayır.30 ilə yaxındır sahibkarlıq fəaliyyəti ilə məşğul olduğunu vurğulayan Mansur İbrahimov dövlət başçısından və aidiyyəti qurumlardan işin nəzarətə götürülməsini xahiş edib. O, İlham Əlisəftər oğlu Əliyevin əməllərinə hüquqi qiymət verilməsini, əldə etdiyi sərvət və gəlirlərin mənbəyinin araşdırılmasını, qanunsuz əmlaklarının dövlət xeyrinə müsadirə olunmasını, eləcə də özünə məxsus şirkətlərin və torpaq sahələrinin geri qaytarılmasını tələb edib.
Bu gün
182 xəbər bu gün
Birləşmiş Krallıqda FETÖ ilə əlaqədar şəxslər arasındakı milyonlarla funt-sterlinqlik məhkəmə prosesinə keçmiş şahzadə Endryu da şahid kimi cəlb edilib. Nebahat İşbilen və Selman Türk arasındakı maliyyə qalmaqalının…
ABŞ-nin Mərkəzi Kəşfiyyat İdarəsi (MKİ) və Milli Kəşfiyyat Direktorunun İdarəsi elektron sistemlərindən birinin parolunun qırılması faktını aşkar edib. Bu barədə "The New York Times" (NYT) qəzeti mənbələrə istinadən…
Kolumbiyanın Kartaxena şəhərində supermarketdə 25 nəfər girov götürülüb.
В рамках пятого тура общего этапа Лиги чемпионов УЕФА сезона-2026/2027 состоялись пять встреч. Со ссылкой на İdma, n.Biz, лондонский "Арсенал" на своем поле сыграл вничью с дортмундской "Боруссией" - 1:1. Счет на 10-й…
Diqqət!
Dünyada elə bir rəsm əsəri yoxdur ki, qarşısında milyonlarla insan dayansın, saatlarla müzakirə aparılsın, alimlər onun üzərində araşdırmalar həyata keçirsin, amma bütün sirləri tam açılmasın. Leonardo da Vinçinin “Mona…
Almaniya “Patriot” zenit-raket kompleksləri üçün azı 480 raket və müvafiq avadanlıqların alınmasına 4 milyard avrodan çox vəsait ayırmağı planlaşdırır. Bu qərar ölkənin hava hücumundan…
UEFA Çempionlar Liqasının əsas mərhələsində V tura start verilib. Ilk oyun günündə doqquz qarşılaşma keçirilib. Türkiyə təmsilçisi "Qalatasaray" öz meydanında İngiltərənin "Aston Villa" komandasını 1:0 hesabı ilə məğlub…
UEFA Çempionlar Liqasının Liqa mərhələsinin V turunun ilk oyun günündə doqquz qarşılaşma keçirilib.
UEFA Çempionlar Liqasının Liqa mərhələsinin V turunda "Real Madrid" Niderlandın PSV komandası ilə qarşılaşıb.
Avropa Komissiyası Avropa İttifaqı (Aİ) ölkələrinə hibrid minik avtomobillərinin idxalı üzrə kvotaları təsdiqləyib. Yeni məhdudiyyətlər dekabrın 1-dən qüvvəyə minəcək və 200 gün ərzində tətbiq olunacaq.
UEFA Çempionlar Liqasının Liqa mərhələsinin V turunda "Mançester Siti" doğma meydanda "Napoli" ilə qarşılaşıb.
ABŞ Prezidenti Donald Tramp Ağ Evdə Şükranlıq Günü ərəfəsində keçirilən mərasimdə əfv edəcəyi iki hind quşunun adlarından narazılığını bildirib. Bu il Şükranlıq Günü noyabrın 26-da qeyd olunur.
Noyabrın 24-də Britaniyada məhbus iki məktəbli qızın qatili İan Hantlini bu ilin əvvəlində ciddi rejimli həbsxanada döyərək öldürdüyünü etiraf edib. Entoni Rassel bundan əvvəl Hantlini qəsdən öldürmədiyini demişdi. Amma…
ABŞ Prezidenti Donald Tramp bildirib ki, Özbəkistan lideri Şavkat Mirziyoyev tərəfindən Birləşmiş Ştatların müstəqilliyinin 250 illiyi münasibətilə ona hədiyyə edilən ənənəvi özbək çardaqları Vaşinqtonda quraşdırılıb…
İran prezidenti
Julio Romao
ABŞ-nin Mərkəzi Kəşfiyyat İdarəsi (MKİ) və Milli Kəşfiyyat Direktorunun Aparatı elektron sistemlərindən birinə haker hücumunun edildiyini aşkarlayıblar.
Səudiyyə Ərəbistanının "Əl-Nəsr" klubunun portuqaliyalı hücumçusu Kriştianu Ronaldu karyerasında vurduğu qolların sayını 987-yə çatdırıb. 41 yaşlı futbolçu Asiya Çempionlar Liqasının əsas mərhələsinin V turunda Qətərin…
Quba şəhərində yol-nəqliyyat hadisəsi baş verib.
ABŞ-nin Vaşinqton ştatında insanlarda A(H5) quş qripi virusuna üç laboratoriya təsdiqli yoluxma halı aşkarlanıb. Yoluxanlardan biri həyatını itirib. Bu barədə Ümumdünya Səhiyyə Təşkilatı…
İsrailin müdafiə naziri İsrael Katz İranı kimyəvi silahlar hazırlamaqda ittiham edib, onun iddiasına görə, Tehran silahlardan İsrailə və regiondakı digər ölkələrə qarşı istifadə etmək niyyətindədir. Nazirin sözlərini…
"Ermənistanda hər hansı bir şəxs siyasi, sosial və ya məişət zəminində hökuməti azacıq belə tənqid edəndə dərhal həbs olunur". Ermənistan mətbuatı xəbər verir ki, bunu sabiq deputat Tiqran Abramyan deyib. Keçmiş…
İran prezidenti Məsud Pezeşkian ABŞ və İsrailin hücumu nəticəsində öldürülən sabiq Ali Rəhbər Əli Xameneinin məzarını ziyarət edib. Mərasim zamanı Pezeşkian göz yaşlarını saxlaya bilməyib. Mediada yayılan görüntülərdə…
Türkiyə və Azərbaycanla, eləcə də Gürcüstan və İranla enerji əməkdaşlığının inkişaf etdirilməsi Ermənistanın energetika sisteminin dayanıqlığını artıracaq. Ermənistanın xarici işlər və beynəlxalq ticarət nazirinin…
2025-ci ildə piyada əleyhinə minalar və partlamamış sursatlar nəticəsində ölən və yaralanan insanların sayı 2020-ci ildən bəri ən yüksək həddə çatıb. Bu barədə Piyada Əleyhinə Minaların Qadağan Edilməsi üzrə Beynəlxalq…
İran prezidenti Məsud Pezeşkian ABŞ və İsrailin hücumu nəticəsində öldürülən sabiq Ali Rəhbər Əli Xameneinin məzarını ziyarət edib. Lent.az xəbər verir ki…
Türkiyədə tanınmış şəxslərə qarşı aparılan narkotik istintaqı çərçivəsində yeni əməliyyat dalğası başlayıb. Istintaq çərçivəsində 35…
Kəlbəcərin işğaldan azad edilməsindən 6 il ötür. Lent.az-ın məlumatına görə, Azərbaycan Ordusunun Ermənistanın 2020-ci il sentyabrın 27-də təcavüzünə qarşı…
Ukrayna prezidenti Volodimir Zelenski Belarus prezidenti Aleksandr Lukaşenkoya Rusiya prezidenti Vladimir Putini də özü ilə götürərək Kiyevə gəlməyi təklif edib
İran prezidenti Məsud Pezeşkian ABŞ və İsrailin hücumu nəticəsində öldürülən sabiq Ali Rəhbər Əli Xameneinin məzarını ziyarət edib
Diyetoloq Emili Laxtrupp çəkisinə nəzarət etmək istəyənlərə moruq yeməyi tövsiyə edib. Onun sözlərinə görə, liflə zəngin olan bu giləmeyvə həzmi yavaşladır, toxluq hissini uzadır və iştahanın idarə olunmasına kömək edir…
Бывший футболист "Барселоны", а ныне спортивный директор каталонского клуба Деку был замечен на улицах Баку. Со ссылкой на İdma, n.Biz, португальский футбольный функционер сфотографировался с туристом из Казахстана…