Rusiya müharibənin 1734-cü günü üçün Ukrayna ordusunun itkiləri haqda məlumatı yeniləyib.
Bu barədə Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi İqor Konaşenkov məlumat yayıb.
“Xüsusi əməliyyatın başladığı gündən indiyə qədər düşmənin 674 təyyarəsi, 284 helikopteri, 296 103 PUA-sı, 672 zenit-raket kompleksi, 31 755 tank və digər zirehli texnikası, 1 797 reaktiv yaylım atəş sistemi, 36 979 artilleriya və minaatanı, 77 915 xüsusi hərbi avtomobil texnikası məhv edilib”, - o bildirib.