Uzun illər hərbi sahədə çalışan ehtiyatda olan polkovnik-leytenant Ələddin Məmmədovun hazırkı işi maraq doğurub.
Milli.az-a istinadla, 38 ilini sərhəd qoşunlarında xidmətə həsr edən Ələddin Məmmədov hazırda Bakı Bus MMC-də sürücü kimi fəaliyyət göstərir. Onun hərbi xidmətdən sonra fərqli sahədə çalışmağa başlaması diqqət çəkib.
Polkovnik-leytenantın bu barədə açıqlaması sosial şəbəkələrdə də maraqla qarşılanıb.