Türkiyənin “Papel” şirkəti Azərbaycandakı filialını ləğv edir

Türkiyənin elektron pul və ödəniş xidmətləri şirkəti “Papel Elektronik Para ve Ödeme Hizmetleri” A.Ş. Azərbaycandakı filialının ləğv olunduğunu elan edib.

Filialın kreditorları iki ay ərzində tələblərini AZ1147, Bakı şəhəri, Binəqədi rayonu, 9-cu mikrorayon, Mir Cəlal küçəsi, ev 495, M14, mənzil 4 ünvanına bildirə bilərlər.

Türkiyə Mərkəzi Bankı “Papel”ə 2022-ci ildə elektron pul buraxmaq və ödəniş xidmətləri göstərmək üçün fəaliyyət icazəsi vermişdi. Bank 18 sentyabr 2026-cı il tarixli qərarı ilə həmin icazəni ləğv edib.