Vuçiç ölümlə hədələndi: “Aradan götürüləcəksən"

Serbiyanın keçmiş prezidenti Aleksandar Vuçiç ölüm təhdidləri aldığını açıqlayıb.

O, Serbiyanın “TV Pink” telekanalına müsahibəsində ötən gün ərzində ona qarşı ciddi təhdidlərin səsləndirildiyini bildirib.

“Aradan qaldırılacağım barədə açıq və birmənalı mesaj aldım”, - deyə Vuçiç qeyd edib.

Keçmiş dövlət başçısı mümkün həbsi və barəsində cinayət işinin açılması ilə bağlı yayılan iddiaları da təkzib edib. Onun sözlərinə görə, barəsində heç bir cinayət işi aparılmır. Vuçiç siyasi rəqiblərinin onu həbsxanada görmək istədiklərini, lakin bu ehtimalın belə gülünc olduğunu bildirib.

Qeyd edək ki, son illərdə Vuçiçə qarşı mümkün sui-qəsd hazırlıqları və ölüm təhdidləri barədə dəfələrlə məlumatlar yayılıb. O, daha əvvəl internet vasitəsilə minlərlə belə təhdid aldığını açıqlayıb.