İran XİN:

“Müharibəni alqışlamamışıq və onu biz başlamamışıq. Amma ərazimizə təcavüz edildikdə özümüzü müdafiə etmək kimi təbii hüququmuzdan istifadə etmişik”.

Bunu İran xarici işlər nazirinin müavini Kazım Qəribabadi deyib.

“İran sülh tərəfdarıdır. Amma kapitulyasiya hesabına əldə edilən sülh sülh deyil. Təhdid üzərində qurulan sülh də sülh deyil. İran müharibə tərəfdarı deyil, amma xalqının müstəqilliyini qurban verən sülhü də qəbul etməyəcək. İran xalqını təhdidlərlə diz çökdürmək mümkün deyil”, - o bildirib.