Ermənistan baş nazirinin müavini Mqer Qriqoryan ABŞ-nin sülh missiyaları üzrə xüsusi nümayəndəsinin baş müşaviri Ari Laytstounun rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.
Tərəflər TRIPP dəmir yolu, avtomobil yolları və enerji infrastrukturu ilə bağlı aparılmış araşdırmaların nəticələrini müsbət qiymətləndirərək, gələcək işlərin, o cümlədən tikinti işlərinə başlanmasına hazırlığın vacibliyini vurğulayıblar.
Həmsöhbətlər TRIPP İnkişaf Şirkətinin yaradılması istiqamətində görülən işləri və əldə edilmiş irəliləyişi də müzakirə ediblər. Bu kontekstdə səhmdarlar sazişi və şirkətin nizamnaməsi ilə bağlı danışıqların yekunlaşdırılmasının vacibliyi qeyd olunub.
Görüşün sonunda layihə çərçivəsində qarşıdakı mərhələlərdə görüləcək işlərlə bağlı razılaşma əldə edilib.