Nərimanovda açıq lyuk təhlükəsi - Gecə ərazidən keçmək risklidir

Bakının Nərimanov rayonu ərazisində kanalizasiya lyuku açıq vəziyyətdədir.

ONN media xəbər verir ki, bu barədə sosial şəbəkələrdə paylaşım edilib.

Bildirilib ki, söhbət Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Gənclik korpusu (II tədris binası) yaxınlığından gedir.

Gecə velosiped sürən xanım, açıq lyuk səbəbindən ərazinin qaranlıqda olduqca təhlükəli olduğunu xüsusi vurğulayıb.