İcarəyə götürdüyü maşını sökərək ehtiyat hissələrini satan şəxs saxlanıldı

Abşeron rayonunda oğurluq hadisəsi qeydə alınıb.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən Teleqraf-a verilən xəbərə görə, zərərçəkən “Toyota” markalı avtomobilini icarəyə verdiyini, daha sonra təhvil aldıqda 2000 manat dəyərində ehtiyat hissələrinin sökülərək oğurlandığını bildirib.

Polis tərəfindən keçirilən tədbirlə əməli törətməkdə şübhəli bilinən E.Əhmədov müəyyən olunaraq saxlanılıb.

Onun taladığı ehtiyat hissələrini satdığı məlum olub.

Araşdırma aparılır.