Yeni Konstitusiyada Müstəqillik Bəyannaməsinə istinad edilməməsi sülh üçün real zəmin formalaşdırır
Xəbər verdiyimiz kimi, Ermənistanın yeni Konstitusiya layihəsi dərc olunub. Əvvəlki Konstitusiyadan fərqli olaraq, Yeni Konstitusiya layihəsində Müstəqillik Bəyannaməsinə heç bir istinad yoxdur. Hansı ki, Müstəqillik Bəyannaməsində Azərbaycana qarşı açıq ərazi iddiaları yer alırdı ki, bu da sülhün etibarlılığı üçün real təhlükə yaradırdı. Məhz bu səbəbdən də Azərbaycan tərəfi dəfələrlə bəyan etmişdir ki, 2025-ci ilin 8 avqust tarixində Vaşinqton şəhərində paraflanan sülh müqaviləsinin imzalanması yalnız o zaman mümkün olacaq ki, Ermənistan Konstitusiyasına konket dəyişikiklər edilsin və orada qonşu dövlətlərə qarşı ərazi iddiasındam imtina olunsun. Bu gün dərc edilən yeni Konstitusiyada Azərbaycanın məhz bu istəyi nəzərə alınıb və Müstəqillik Bəynnaməsinə istinaddan imtina olunub.
Ermənistanın yeni Konstitusiya layihəsində Müstəqillik Bəyannaməsinə istinad etməməsi heç şübhəsiz Azərbaycan diplomatiyasının, Prezident İlham Əliyevin tarixi qələbəsi, tarixi zəfəridir. Bu fakt bir daha sübut etdi ki, 44 günlük Vətən müharibəsində hərb meydanında qəti qələbə əldə edən Azərbaycan, diplomatik müstəvidə də uğurlarını davam etdirməkdə, sülh üçün əlverişli zəmin fomalaşdırmaqdadır.
Ermənistanın yeni Konstitusiya layihəsində Müstəqillik Bəyannaməsinə istinad edilməməsi, ərazi iddialarından imtina olunması iki dövlət arasında etibarlı sülh üçün yeni perspektiv açır ki, bu perspektivin hər iki dövlət tərəfindən yaxın gələcəkdə praktiki şəkildə dəyərləndirləcəyi ehtimalı böyükdür. Ehtimal etmək olar ki, artıq yaxın aylarda Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin imzalanması istiqamətində qəti addımlar atılacaq, sülh müqaviləsinin imzalanması ilə Cənub Qafqazda yeni bir dönəmə start veriləcək.