Bakıda ağır qəza: əməkdar müəllim öldü - Foto

Bakıda 4-cü mikrorayon ərazisində piyadanın ölümü ilə nəticələnən qəza baş verib.

Hadisə nəticəsində dünyasını dəyişən qadın Samir Hacıyev adına 5 nömrəli orta məktəbin ingilis dili müəllimi Gülnarə Abdullayevadır.

Onu səhər saatlarında piyada keçidinin üzərində avtomobilin vurduğu bildirilir. G.Abdullayeva xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib.

G.Abdullayeva Birinci Qarabağ müharibəsi şəhidinin həyat yoldaşı idi, həmçinin "əməkdar müəllim" fəxri adına layiq görülmüşdü.//axar.az