İtaliyanın xarici işlər naziri Şəhidlər Xiyabanını ziyarət edib

Azərbaycanda səfərdə olan italiyalı nazir Şəhidlər Xiyabanını ziyarət edib.

İtaliya baş nazirinin müavini, xarici işlər və beynəlxalq əməkdaşlıq naziri Antonio Tayani azərbaycanlı həmkarı Ceyhun Bayramovla birgə keçirdiyi brifinqdə deyib ki, Şəhidlər Xiyabanında gördükləri onu sarsıdıb:

"1990-cı il 20 Yanvar faciəsi zamanı həlak olanların məzarlarını ziyarət etdim. Bu, olduqca dəhşətli faciədir. Həlak olanlar arasında uşaqlar və qadınlar da var. İnanıram ki, orada yanan əbədi məşəl onların xatirəsini hər zaman yaşadacaq. Onlar Azərbaycanın müstəqilliyi uğrunda həyatlarını qurban veriblər. Məhz bu insanların da fədakarlığı sayəsində Azərbaycan bu gün müstəqil və azad dövlətdir".