Xəbər verdiyimiz kimi, Qaradağ rayonu, Lökbatan qəsəbəsi ərazisində baş verən avtomobil qəzasında iki nəfər ölüb.
Xitab24.az-a istinadən, qəzada həlak olanlardan Anar Kərimov məşhur iş adamı Alik Kərimovun oğludur.
Alik Kərimov “METAK” şirkətinin rəhbəridir.
“METAK” Azərbaycanın müxtəlif bölgələrində öz istehsalat müəssisələri olan, həmçinin Bakı və Sumqayıt şəhərlərində iki bazası fəaliyyət göstərən ticarət və sənaye şirkətidir
Qeyd edək ki, sözügedən qəzada aparıcı Ada Süleymanova da həyatını itirib.