Bakıda bu rayonlarda 1 gün su olmayacaq

Magistral xəttin yenisi ilə əvəz edilmiş hissəsində birləşmə işlərinin görülməsi ilə bağlı 25.11.2026-cı il tarixində gün ərzində Səbail və Yasamal rayonlarının bəzi ərazilərinin içməli su təminatında fasilə yaranacaq.

Bu barədə İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti məlumat yayıb.

Bildirilib ki, suyun əvvəlki rejimlə verilməsi 26.11.2026-cı il səhər saatlarında bərpa olunacaq.