Azərbaycanda 124 İtaliya şirkəti fəaliyyət göstərir

Azərbaycanda qeydiyyatdan keçmiş 167 İtaliya şirkətindən 124-ü hazırda fəaliyyət göstərir.

Bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Bakıda italiyalı həmkarı Antonio Tayani ilə birgə mətbuat konfransında deyib.

“İtaliya ticarət dövriyyəsinə görə Azərbaycanın bir nömrəli ticarət tərəfdaşıdır”, – nazir bildirib.