Tovuzda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Bizim.Media-nın yerli bürosunun məlumatına görə, hadisə rayonun Yanıqpəyə kəndində qeydə alınıb.
Hərəkətdə olan "VAZ 2106" markalı avtomobil körpüdən aşıb.
Qəza zamanı bir nəfər vəfat edib, 4 nəfər xəsarət alaraq xəstəxanaya yerləşdirilib. Ölən və yaralananların şəxsiyyəti müəyyənləşdirilir.
Faktla bağlı araşdırma başlanılıb.
Məqsəd Rəhimov, Bizim.Media, Qərb bürosu