İtaliya İrandakı səfirliyinə yaradılan şəraitə görə Azərbaycana təşəkkür edib

İtaliya bir müddət əvvəl İranda baş vermiş hadisələr zamanı bu ölkədəki səfirliyinin Bakıda fəaliyyət göstərməsi üçün yaradılmış şəraitə görə Azərbaycana minnətdarlığını bildirib.

Bunu İtaliya Nazirlər Şurası Sədrinin müavini, xarici işlər və beynəlxalq əməkdaşlıq naziri Antonio Tayani noyabrın 23-də Azərbaycan Prezidenti İlham Əliyevlə görüşündə deyib.