Murat Kurum:"Həll yolları axtarmaqdan imtina etməyəcəyik"

COP31-in prezidenti, Türkiyənin ətraf mühit, şəhərsalma və iqlim dəyişikliyi naziri Murat Kurum "NSosyal" hesabındakı paylaşımında iqlim dəyişikliyi ilə mübarizədə heç bir ölkənin təkbaşına nəticə əldə edə bilməyəcəyini vurğulayıb. O, sammit boyu ölkələr arasında dialoq və əməkdaşlığı gücləndirməyə çalışdıqlarını qeyd edib.

Nazir sammitə göstərdikləri dəstəyə görə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana və birinci xanım Əminə Ərdoğana təşəkkürünü bildirib.

Murat Kurum həmçinin prosesdə iştirak edən tərəfdaşlara — Avstraliya hökumətinə, xüsusilə bu ölkənin iqlim dəyişikliyi və enerji naziri Kris Bouenə, BMT-yə, eləcə də iki həftə ərzində Antalyada ortaq məxrəc tapmağa çalışan bütün ölkə nümayəndələrinə və müşahidəçilərə minnətdarlığını çatdırıb.

Nazir prosesin nəticələrini belə qiymətləndirib: "Hər danışıqlar eyni nöqtədə bitməyə və bütün gözləntilər qarşılanmaya bilər. Bununla belə, ortaq evimiz olan dünya üçün danışmaqdan, dinləməkdən və həll yolları axtarmaqdan imtina etməyəcəyik."