Azərbaycan fındığının Çin bazarına ixracına başlanılıb

Azərbaycan Çinə ilk dəfə 21 ton fındıq ixrac edib. İlk partiyanı göndərən “AGRARCO” MMC Çinə 21 ton fındıq ləpəsi ixrac edib.

Banker.az Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinə əsasən xəbər verir ki, Tədarük AQTA ilə Çinin Baş Gömrük Administrasiyası arasında fındıq və badamın ixracı üzrə karantin və sanitariya tələblərini müəyyən edən protokol çərçivəsində həyata keçirilib.

Qeyd edək ki, ilk partiya Çin tərəfinin fitosanitar və qida təhlükəsizliyi tələblərinə cavab verib və müvafiq sertifikatlarla təmin olunub.

Xatırladaq ki, “AGRARCO” MMC 2026-cı ilin avqustunda Çinə fındıq ləpəsi ixrac etmək üçün ölkənin CIFER sistemində rəsmi qeydiyyata alınan ilk Azərbaycan müəssisəsi olub.