Paşinyan yeni Konstitusiya haqda:

“Vəd etdiyim gələcəyə çatmışıq, indi sadəcə əlimizi uzadıb onu götürməliyik. Ümid edirəm, parlament müxalifəti bu yolda maneə olmayacaq. Ümid edirəm, müxalifət sülhün yeganə maneəsi statusundan geri çəkiləcək”.

Bunu Ermənistan Baş naziri Nikol Paşinyan yeni Konstitusiya layihəsi ilə bağlı xalqa müraciətində deyib.

Baş nazir müxalifətin Ermənistan xalqına (yeni Konstitusiyanın qəbuluna) mane olmağa çalışmayacağına ümid etdiyini bildirib.

Ermənistanın yeni Konstitusiyasında Azərbaycan və Türkiyəyə qarşı ərazi iddialarının yer aldığı Müstəqillik Bəyannaməsinə istinad yoxdur. Rəsmi Bakı yekun sülh sazişinin imzalanması üçün bunun Konstitusiyadan çıxarılmasını tələb edirdi.

Bəyannamədə həmçinin qondarma erməni soyqırımı ilə bağlı məqamlar yer alır.