Dağıstanda tikintidə çalışan azərbaycanlı hündürlükdən yıxılaraq ölüb

BİLƏSUVAR, 23 noyabr. TELEQRAF

Rusiyanın Dağıstan Respublikasında tikinti işləri zamanı azərbaycanlı fəhlə ölüb.

Hadisə Dağıstanda inşa edilən çoxmərtəbəli yaşayış binasında baş verib.

Biləsuvar rayonundan olan, 1988-ci il təvəllüdlü Elnur Gülağa oğlu Abışov işlədiyi binada hündürlükdən yıxılıb. Aldığı xəsarətlər nəticəsində o, hadisə yerində ölüb.

Hadisənin başvermə şəraiti araşdırılır.