1734-cü gün: Rusiyanın itkiləri yeniləndi

Ukrayna müharibənin 1734-cü günü üçün Rusiya ordusunun itkiləri haqda məlumatı yeniləyib.

Bu barədə Ukrayna ordusunun Baş Qərargahı məlumat yayıb.

Məlumata əsasən, Rusiya indiyə qədər 1 639 641 hərbçi, 12 492 ədəd tank, 25 941 ədəd zirehli döyüş maşını, 52 731 ədəd artilleriya sistemi, 2 298 ədəd RYAS (reaktiv yaylım atəş sistemi), 1 768 hava hücumundan müdafiə sistemi, 452 ədəd hərbi təyyarə, 356 ədəd helikopter, 3 213 ədəd yerüstü robot-texnika kompleksi, 618 262 ədəd PUA, 178 713 ədəd avtomobil texnikası, 5 278 qanadlı raket, 35 gəmi/kater, 2 sualtı qayıq, 4 932 xüsusi avadanlıq itirib.