Braziliyanın sabiq prezidenti Jair Bolsonaro bağırsaq keçməzliyi səbəbilə reanimasiya şöbəsində müalicə olunur.
Bu barədə “O Globo” qəzeti məlumat yayıb.
Onun vəziyyəti stabil olaraq qiymətləndirilir, lakin hələlik xəstəxanadan buraxılması planlaşdırılmır.
Qəzetin verdiyi məlumata görə, Bolsonaroda qarın boşluğunun kəskin obstruktiv patologiyası aşkarlanıb və müalicəyə başlanılıb.