Xviçadan ona müraciət: Dözümlü ol, qardaş

PSJ-nin gürcü oyunçusu Xviça Kvaratsxeliya sağ dizində ön çarpaz bağın cırılması diaqnozu qoyulan komanda yoldaşı Desire Dueyə dəstək olub.

21 yaşlı Due şənbə günü Fransa Liqa 1-in 11-ci turunda “Nitsa” ilə oyunda (3-2) ciddi zədə alıb.

Kvaratsxeliya sosial media səhifəsində yazıb:

“Dözümlü ol, qardaş. Biz bunun öhdəsindən gələcəyik və tezliklə birlikdə meydana qayıdacağıq – gülümsəyərək və ən çox sevdiyimiz işi görəcəyik. Hamımız sənin üçün buradayıq”.

PSJ rəsmi olaraq fransız futbolçunun sağ dizindəki ön çarpaz bağın yırtıldığını təsdiqlədi və ayın sonuna qədər əməliyyat olunacağını açıqlayıb.

Xatırladaq ki, Kvaratsxeliya da hazırda oxşar zədədən sağalır: gürcü futbolçu oktyabr ayında Çempionlar Liqasında “Barselona”ya qarşı matçda (4:2) sağ dizindəki ön çarpaz bağı qoparmışdı.