Mayli Sayrus musiqiçi Maks Morando ilə ailə qurdu - Foto

33 yaşlı müğənni Mayli Sayrus ilə 28 yaşlı zərb alətləri ifaçısı Maks Morando Kaliforniyanın Palm-Sprinqs şəhərində evləniblər.

Mərasim hovuz kənarında, ağ güllərdən hazırlanmış tağın altında və şamlarla bəzədilmiş məkanda keçirilib.

Bildirilir ki, toyda təxminən 140 qonaq iştirak edib. Onlar üçün geyim qaydası tamamilə qara rəngdə geyinmək olub.

Qeyd edək ki, Mayli Sayrus və Maks Morando 2021-ci ildə kor-koranə görüş zamanı tanış olublar. Onların nişanlanması barədə məlumat 2025-ci ilin dekabrında yayılıb.