İtaliya polisinin keçmiş rəhbəri Canni De Gennaro hakim Paolo Borsellinonun qətlə yetirilməsi ilə bağlı aparılan istintaq fonunda Toskanada intihar edib.
Bu barədə "La Repubblica" qəzetinin məlumatında deyilir.
Cəsəd şənbə günü səhər evində tapılıb.
Onun ölümü ilə bağlı "Özünü öldürmə həddinə çatdırma" maddəsi üzrə istintaq başladılıb, şübhəlilər hələ müəyyən edilməyib.
Qeyd edək ki, Gennaronun 1992-ci ildə sifarişlə qətlə yetirilmiş hakim, mafiyaya qarşı mübarizəsi ilə tanınan Paolo Borsellinonun işi ilə bağlı yenidən aparılan istintaq çərçivəsində ifadə verməsi planlaşdırılırdı.
İtaliya mediasının məlumatına görə, cəsədin yaxınlığında ailəsinə ünvanlanmış məktub və müdafiəsi üçün nəzərdə tutulmuş ehtimal olunan qeydlər tapılıb.