Tanınmış meyxanaçılar Pərviz Bülbülə, Orxan Lökbatanlı və Ruslan Müşfiqabadlı məclislərin birində bir araya gəliblər.
Sənətçilərin məclis zamanı musiqinin ritminə uyğun rəqs etmələri lentə alınıb. Söz ustalarının şən əhval-ruhiyyədə görüntüləndiyi kadrlar sosial şəbəkələrdə yayılaraq izləyicilərin diqqətini çəkib.
Meyxanaçıların rəqs etdiyi anlar qısa zamanda gündəmə gəlib və müzakirələrə səbəb olub.