Babiş Aİ büdcəsindən Çexiyaya ayrılan vəsaitin azaldılmasına etiraz edib

Avropa İttifaqının (Aİ) 2028–2034-cü illər üzrə büdcə layihəsi Çexiya üçün tamamilə qəbuledilməzdir.

Bunu Çexiyanın Baş naziri Andrey Babiş "X" sosial şəbəkəsində yayımladığı videomüraciətdə bildirib.

O, hazırda Aİ-yə sədrlik edən İrlandiyanın layihəsi çərçivəsində Çexiyaya ayrılan vəsaitin 7,5 milyard kron (təxminən 300 milyon avro) azaldılmasının nəzərdə tutulduğunu qeyd edib.

A.Babiş həmçinin layihədə Avropa Parlamenti və digər Aİ qurumları üçün nəzərdə tutulan xərcləri, eləcə də Ukraynanın üzv dövlətlər üçün ayrılan büdcə hesabına maliyyələşdirilməsini tənqid edib.