Astarada yol qəzası kəndləri qazsız qoydu

Astara rayonunda yol-nəqliyyat hadisəsi nəticəsində qaz xətti zədələnib, 5 kəndin qaz təchizatında fasilə yaranıb.

APA-ya istinadla, hadisə səhər saatlarında rayonun Ərçivan qəsəbəsi ərazisində qeydə alınıb.

Yol-nəqliyyat hadisəsi zamanı qəsəbədən keçən qaz xətti zədələnib. Nəticədə Şuvi, Sərək, Vəzməş, Siyətük və Şuvaş kəndlərinin qaz təchizatı müvəqqəti dayandırılıb.

Faktla bağlı araşdırma aparılır.