ABŞ-da "Bombard" adlı yeni reaktiv mühərrikli kamikadze dron təqdim edilib.
Bu barədə “Axios” məlumat yayıb.
Məlumata görə, “Vector” şirkəti tərəfindən hazırlanan dronun sürəti saatda 378 km təşkil edir və maksimal uçuş məsafəsi 1100 km-dir.
"Bombard" impuls-reaktiv mühərriklə təchiz olunub və döyüş tapşırıqlarını avtonom şəkildə, hətta GPS olmadan da yerinə yetirmək qabiliyyətinə malikdir.
İstehsalçı şirkət dronun Ukraynadakı müharibə təcrübəsi nəzərə alınaraq yaradıldığını bildirib.