Meksikanın Sinaloa ştatının Quasava şəhərində Sinaloa kartelinin rəhbəri “Çapo İsidro” ləqəbi ilə tanınan Fausto İsidro Mesa Flores saxlanılıb.
Bu barədə Meksika Müdafiə Nazirliyi məlumat yayıb.
Nazirliyin məlumatına görə, əməliyyat zamanı təhlükəsizlik qüvvələri odlu silahdan açılan atəşə və partlayıcı qurğuların tətbiqinə məruz qalıblar. Kartel üzvləri əməliyyatın həyata keçirildiyi yerin yaxınlığındakı bir neçə ərazidə yollarda maneələr qurublar.
Meksika təhlükəsizlik naziri Omar Qarsiya Harfuç bildirib ki, əməliyyat zamanı təhlükəsizlik qüvvələrinin 4 əməkdaşı, eləcə də yeddi kartel üzvü həlak olub.
“Çapo İsidro” ilə yanaşı, onun əmisi oğlu və müavini Herman (“Serafin”), eləcə də qruplaşmanın maliyyə əməliyyatlarına cavabdeh olan qohumu Xose də saxlanılıb.