Rekord sayda qadın deputat seçildi

Serbiyanın yeni çağırış Xalq Skupşinasında qadınlar 250 deputat mandatından 102-ni qazanıblar. Beləliklə, qadınların parlamentdə təmsilçiliyi 40,8 faizə çatıb. Bu, 1990-cı ildə ölkədə çoxpartiyalı sistemin tətbiqindən bəri rekord göstəricidir.

Hakim “Tələbə siyahısı”nın deputatları arasında qadınların payı 43,6 faiz, müxalif Serbiya Tərəqqi Partiyasında isə 39,8 faiz təşkil edir.

Bununla yanaşı, milli azlıqların nümayəndələri üçün ayrılmış yeddi deputat mandatının hamısını kişilər əldə edib.

Serbiyada növbədənkənar parlament seçkiləri oktyabrın 25-də keçirilib. Seçkilərin qalibi müstəqil şəkildə hökumət formalaşdırmaq üçün kifayət qədər mandat qazanan “Tələbə siyahısı” olub.