Cənubi Koreya Prezidenti Li Ce Myon, ölkənin dövlət imtahan sisteminin süni intellektdən (Sİ) istifadə edərək saxtakarlığın qarşısını almaq üçün yetərli hazırlıq görməməsi ilə bağlı ictimai tənqidlər fonunda təhsil naziri Çxve Qyo Çjinin istefasını qəbul edib.
"Report"un Cənubi Koreyanın "NewsTomato" nəşrinə istinadən xəbərinə görə, bu barədə Prezident Administrasiyası məlumat verib.
"Prezident Li Ce Mona təhsil naziri Çxve Qyo Çjinin istefaya getmək niyyəti barədə məlumat verilib. Dövlət başçısı onun istefasını qəbul edib. Təhsil naziri vəzifəsinə namizədlərin seçim prosesi gələcəkdə başlayacaq", - məlumatda bildirilir.
Qeyd olunur ki, qərar hökumətin imtahanlarda saxtakarlıq üçün süni intellektin istifadəsinə qarşı effektiv tədbirləri vaxtında hazırlamamasından artan ictimai narazılıq fonunda qəbul edilib.
Prezident həmçinin Baş nazir Han Son Suka imtahan sisteminin obyektivliyini və ədalətliliyini təmin etməyə yönəlmiş bir sıra tədbirlər hazırlamağı tapşırıb.