Tibb bacısının ayaqqabısına vərəm bakteriyaları olan bəlğəm tökdülər

Rusiyanın İrkutsk şəhərindəki vərəm xəstəxanasının sanitar işçisinin ayaqqabısına vərəm bakteriyaları olan bəlğəm tökülüb.

Bu barədə “112” Telegram kanalı məlumat yayıb.

Bildirilir ki, 62 yaşlı qadın ayaqqabısının içərisində şübhəli maddə aşkar edib. Həmin maddə laborator müayinəyə göndərilib. Müayinə nəticəsində onun tərkibində vərəm mikobakteriyalarının olduğu müəyyən edilib.

Məlumata görə, hazırda hadisə ilə bağlı araşdırma aparılır.