Ailəsi 66 yaşlı kişinin meyitini tapdı

Goranboyda evdə meyit tapılıb.

Lent.az-ın xəbərinə görə, hadisə Tatarlı kəndində baş verib.

Kənd sakini 66 yaşlı İlqar Pənah oğlu Rüstəmovun meyiti yaşadığı evdə ailə üzvləri tərəfindən aşkarlanıb. Meyitin üzərində zorakılıq əlamətləri olmayıb.

Araşdırma aparılır.