Paşinyan: Tarixləri qarışdırdım, TRİPP-lə bağlı mərasim...

Ermənistan hökuməti sabah "Beynəlxalq sülh və firavanlıq naminə Tramp Marşrutu" (TRIPP) layihəsinin başlanmasını rəsmi şəkildə elan edəcək.

Bunu Ermənistan Baş naziri Nikol Paşinyan "Digitec" yüksək texnologiyalar forumunda NVİDİA-nın vitse-prezidenti Rev Lebaredyanın iştirakı ilə keçirilən müzakirə zamanı bildirib.

O qeyd edib ki, layihənin mühüm tərkib hissəsi elektrik enerjisinin tranziti olacaq:

“Ermənistan öz enerji şəbəkələrini Türkiyə və Azərbaycanla birləşdirmək niyyətindədir”.