Şəmkirdə özəl xəstəxanada abort etdirən qadın həyatını itirdi

Şəmkirdə özəl xəstəxanada abort etdirən qadın ölüb.

Bu barədə Bizim.Media-nın sorğusuna cavab olaraq TƏBİB-dən məlumat verilib.

Bildirilib ki, dünən saat 13:00 radələrində 1991-ci il təvəllüdlü qadın pasiyent özəl tibb müəssisəsində abort əməliyyatından sonra ağır vəziyyətdə Şəmkir Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Daxil olarkən pasiyentin nəbzi və təzyiqi təyin edilməyib. Aparılan bütün reanimasiya tədbirlərinə baxmayaraq həyatını xilas etmək mümkün olmayıb.

Qeyd edilib ki, hadisə ilə bağlı araşdırma aparılır, nəticələri barədə ictimaiyyətə məlumat veriləcək.