İndoneziyada 6.8 maqnitudalı zəlzələ olub

İndoneziyanın Maluku əyalətindəki adalar yaxınlığında 6,8 maqnitudalı zəlzələ qeydə alınıb.

Bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.

Mərkəzin məlumatına görə, zəlzələnin episentri Şərqi Timor bölgəsinin Los Palos şəhərindən 101 kilometr şimal-şərqdə yerləşib. Yeraltı təkanların ocağı 144 kilometr dərinlikdə qeydə alınıb.

Dağıntılar və xəsarət alanlar barədə məlumat daxil olmayıb. Sunami təhlükəsi elan edilməyib.