Bakıda maşın qadını vurub öldürdü

Bakıda avtomobil qadını vurub.

Lent.az-ın xəbərinə görə, hadisə Sabunçu rayonu ərazisində baş verib.

Minik avtomobili yolu keçən 62 yaşlı Abdullayeva Nuriyyə Şahı qızını vurub. Xəstəxanaya yerləşdirilən qadın orada ölüb.

Araşdırma aparılır.