Şəkidə it azyaşlı qızı dişlədi

Şəkidə azyaşlı küçə itinin hücumuna məruz qalaraq xəsarət alıb.

APA-ya istinadla, hadisə bu gün səhər saatlarında Şəki şəhərinin Sabit Rəhman küçəsində qeydə alınıb.

Sahibsiz it Bakı şəhər sakini, 4 yaşlı Sevil Babazadəyə hücum edərək onun bud nahiyəsindən xəsarət yetirib.

Azyaşlı Şəki Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Ona sağ budun yuxarı üçdəbir hissəsinin deşilmiş yarası diaqnozu qoyulub.

Sevil Babazadəyə lazımi tibbi yardım göstərilib, quduzluq əleyhinə peyvənd olunduqdan sonra ambulator müalicə üçün evə buraxılıb.