Gədəbəydə 6 yaşlı uşağın xəsarət alması ilə nəticələnən qəza baş verib.
Hadisə rayonun Qaradağ kəndi ərazisində qeydə alınıb. 2020-ci il təvəllüdlü S. Həsənovu avtomobil vurub.
Azyaşlı xəstəxanalardan birinə çatdırılıb, onun vəziyyəti kafidir.
İlkin məlumata görə, hadisə ehtiyatsızlıqdan baş verib.
Faktla bağlı araşdırma başlanılıb.